Bakıda dünya və Avropa çempionu özünü 10-cu mərtəbədən atdı - FOTO

Bakıda dünya və Avropa çempionu özünü 10-cu mərtəbədən atdı - FOTO
SOSİAL
17:12 30.05.2017
61125
Bakının Binəqədi rayonunda intihar hadisəsi baş verib.

Hadisə 8-ci mikrorayonda Əcəmi Naxçıvani küçəsində yerləşən yeni tikililərin birində qeydə alınıb.

Hadisə şahidlərinin unikal.org-a verdiyi məlumata görə,1997-ci il təvəllüdlü İftixar Taleh oğlu Məhərrəmov anası ilə mübahisə edərək özünü yaşadığı binanın 10-cu mərtəbəsindən atıb. 

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Yaxınlarının dediklərinə görə, İ.Məhərrəmov Budo idman növü üzrə Dünya və Avropa çempionudur.
 



OXŞAR XƏBƏRLƏR