Bakıda DYP əməkdaşı yoxa çıxıb - DİN təsdiqlədi

Bakıda DYP əməkdaşı yoxa çıxıb - DİN təsdiqlədi
SOSİAL
13:56 04.02.2017
1644
Azərbaycanda yol polisi yoxa çıxıb. Bu haqda məlumatı vətəninfo.az saytı yayıb. 

Daxili İşlər Nazirliyindən saytın sorğusuna cavab olaraq bildirilib ki, fevralın 3-də Bakı BPİ DYPİ-nin Növbətçi hissəsinin sürücü-polis nəfəri Əliş Kərimov ona təhkim olunmuş xidməti avtomobili idarənin yaxınlığında yol kənarında saxlayaraq öz rəhbərliyinə xəbər vermədən naməlum istiqamətdə gedib:

"Hazırda onun qəfil gedişinin səbəbləri araşdırılır və yerinin müəyyən edilərək tapılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir”.
OXŞAR XƏBƏRLƏR