Bakıda elektrikli avtobuslar istismara veriləcək

SOSİAL
15:38 26.09.2020
450

"2022-ci il yanvarın 1-dən şəhər nəqliyyatında yalnız elektrikli və sıxılmış təbii qaz mühərrikli avtobusların yeni istismara buraxılacağı planlaşdırılır. Bu istiqamətdə çox ciddi işlər gedir. Sıxılmış təbii qaz mühərrikli avtobuslar var və sayları artmaqdadır. Növbəti mərhələdə çalışırıq ki, şəhərimizə elektrik mühərrikli avtobuslar gətirilsin”. 

AZXEBER.COM xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev bildirib.

M.Ağayev qeyd edib ki, artıq Almaniyanın "Man” şirkəti və Türkiyənin "BMG” şirkəti ilə bu istiqamatdə danışıqlar gedir, işçi qrupları səviyyəsində müzakirələr aparılır:

"Bizim mütəxəssislərimiz tərəfindən də elektrikli avtobusların mümkün marşrutlarının müəyyənləşdirilməsi, hansı istiqamətlər üzrə xəttə buraxılması ilə bağlı da təhlillər aparılır. "Man” və "BMG” şirkətinin mütəxəssisləri ilə Bakıda elektrikli avtobuslar gətirildikdən sonra onların fəaliyyəti üçün uyğun infrastrukturun, qaraj sisteminin yaradılması ilə bağlı da ciddi müzakirələr gedir. Növbəti il üçün artıq şəhərimizdə sıxılmış təbii qazla çalışan avtobuslarla yanaşı elektrik  mühərrikli avtobusların da fəaliyyətinin şahidi olacağıq. 

Qeyd etdiyimiz kimi, 2022-ci il yanvarın 1-dən Nazirlər Kabinetinin 73 saylı qərarında əksini tapdığı kimi istismara yalnız sıxılmış və təbii qaz mühərrikli avtobuslar qəbul olunacaq. Təbii ki, həmin vaxt dizel mühərrikli və digər yanacaq növü ilə çalışan avtobuslar da olacaqlar. Amma yeniləri istismara qəbul olunmayacaq. Xətdə olanlar müəyyən istismar dövrünü başa vurduqdan sonra xətdən çıxarılacaq”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:41 30.10.2020

Düşmənin növbəti “Osa” ZRK-sı məhv edilib - VİDEO

22:39 30.10.2020

Baş prokuror Kamran Əliyev “Haber Global”da ermənilərin mülki əhalimizə qarşı cinayətlərindən danışıb - VİDEO

22:20 30.10.2020

Kamran Əliyev: “Ermənilərin bizim mülki əhaliyə hücumları Ordumuzun uğurları ilə əlaqədardır”

22:18 30.10.2020

İzmirdə zəlzələdə ölənlərin sayı 12-yə, yaralıların sayı 438-ə çatıb

21:54 30.10.2020

Hikmət Hacıyev: "Dualarımız qardaş Türkiyə ilə birlikdədir"

21:48 30.10.2020

Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

21:36 30.10.2020

Baş Prokuror: “Azərbaycan hökuməti mülki şəxslər arasında itkilərin olmaması üçün əlindən gələni edir”

21:27 30.10.2020

Cəbrayıldan yeni - Fotolar

21:19 30.10.2020

Mehriban Əliyeva: “Türkiyə xalqının kədəri bizim kədərimizdir”

20:59 30.10.2020

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi

20:51 30.10.2020

Koronavirusa yoluxan Koçaryanın Moskva səfəri alınmadı

20:46 30.10.2020

Azərbaycan Prezidenti Məsud Yılmazın vəfatı ilə bağlı başsağlığı verib

20:27 30.10.2020

Ermənilər Tərtərin kəndinə “Smerç” raketi atıb

20:22 30.10.2020

Azərbaycan Ordusu düşməni dəqiq zərbələrlə məhv edib - VİDEO

20:18 30.10.2020

İlham Əliyev: "Zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılması üçün hər cür yardım göstərməyə hazırıq"

20:02 30.10.2020

Anar Eyvazov: "Cəbhənin bütün istiqamətlərində vəziyyət nəzarətimiz altındadır"