Bu gecə saat 04.00 radələrində Bakıda emalatxanada partlayış olub. Suraxanı rayonu Hovsan qəsəbəsi Quşçuluq sovxozunun ərazisindəki “Azəryolservis” ASC-yə məxsus “Səma” firması tərəfindən icarəyə götürülmüş oksigen doldurma emalatxanasında qaz sızmasından partlayış baş verib.Nəticədə nəzarətçi otağının pəncərə şüşələri sınıb, oranın nəzarətçisi Hüseyn Hüseynovun yanına sovqat gətirmiş oğlu Rauf hadisə yerində ölüb.