Bakıda enerji təhlükəsizliyinə dair konfrans keçirilir

SİYASƏT
12:20 21.11.2013
1117

Bakıda Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) NATO ilə birgə təşkil etdiyi “Enerji təhlükəsizliyinə müştərək yanaşma: NATO və digər tərəflərin mövqeyi” mövzusunda konfrans başlayıb.

AZXEBER.COM-un məlumatına görə, konfransda bir çox ölkələrin Azərbaycandakı səfirləri, NATO rəsmiləri, xarici və yerli ekspertlər iştirak edirlər.Tədbir “NATO ilə Azərbaycanın əməkdaşlığı – Müştərək təhlükəsizlik aspektindən yanaşma” və Xəzər qazının Avropaya nəqli – növbəti mərhələ nədir” adlı iki sessiyadan ibarətdir.Konfransın açılışında çıxış edən SAM direktoru Fərhad Məmmədov bildirib ki, NATO-nun sonuncu Çikaqo sammitində enerji infrastrukturu Avroatlantik blokun əsas strateji hədəflərindən birinə çevrildi və bu istiqamətdə Litvada xüsusi bir mərkəz quruldu:“Bu mərkəzlə əlaqəli şəkildə artıq biz ikinci tədbiri həyata keçiririk Azərbaycanın bu mövzuda zəngin təcrübəsi var. Ölkəmiz neft və qaz kəmərlərini yüksək səviyyədə təhlükəsizliyinin təminində təcrübəyə malikdir.Burada Azərbaycan öz təcrübəsini bölüşəcək. Digər tərəfdən NATO-nun yeni hədəfinin seçilməsi bu bölgədə enerji infrastrukturuna verilən önəmin göstəricidir. İnanıram ki, konfransın nəticəsi olaraq gələn il digər ölkələrdə də bu mövzuda tədbirlər keçirilə bilər.Konfransda çıxış edən NATO-nun Gürcüstanda yerləşən Cənubi Qafqaz regionunun əlaqələndirici ofisinin rəhbəri Uilyam Lahu Azərbaycan NATO əməkdaşlığına toxunub. Onun sözlərinə görə, Azərbaycan qurumla əməkdaşlığı davam etdirmək üçün resurslara malikdir.NATO enerji təhlükəsizlik məsələləri qrupunda enerji təhlükəsizliyi şöbəsinin rəhbəri Maykl Röhle deyib ki, Azərbaycan enerji təhlükəsizliyi məsələsində vacib ölkələrdən biridir:“Azərbaycan enerji təhlükəsizliyində ən fəal tərəfdaşlarımızdan biridir. Bu ilin may ayında Bakıda konfrans oldu və orada enerji təhlükəsizliyi vacib məqam kimi vurğulandı. Azərbaycan bu baxımdan böyük nailiyyətlər əldə edib.Ölkəniz təlim proqramlarına ciddi cəlb edilməklə də tərəfdaşlarına öz töhfəsini verə bilər. NATO-Azərbaycan əməkdaşlığı çox düzgün istiqamətdədir”.

OXŞAR XƏBƏRLƏR