Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu

Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu
HADİSƏ
10:36 02.04.2026
397
Bu gün səhər saatlarında paytaxtın Binəqədi rayonunda ər və arvadı bıçaqlanıb.

AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, Biləcəri qəsbəsində yerləşən mənzildə 1971-ci il təvəllüdlü kişiyə və 1978-ci il təvəllüdlü həyat yoldaşına bıçaqla xəsarət yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən, xəsarət alan şəxslərin 2008-ci il təvəllüdlü oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin ailədaxili münaqişə zəminində törədildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR