Bakıda ər-arvadın əl-qolunu bağlayıb döydülər - sonra qarət etdilər

SOSİAL
12:45 27.05.2020
1572
Bakının Binəqədi rayonunda yaşayan ər-arvad soyğunçuluğun qurbanı olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Oxu.Az-a Rayon Polis İdarəsindən xəbər verilib.

Alınan məlumata görə, mayın 26-na keçən gecə hasarın üstündən atlayan üç naməlum şəxs Binəqədi qəsəbə sakini Babək Fətullayevin evinə girib.

Onlar yatmış ər-arvada hücum edərək, 1994- cü il təvəllüdlü Fatma Fətullayevanın ayaqlarını "skotç” lentlə, ərinin əl-qolunu isə ayaqqabı bağı ilə bağlayıblar. Bundan sonra həmin şəxslər qurbanlarını döyərək, evdən 2700 manat oğurlayıb qaçıblar.

Soyğunun araşdırılması sözügedən ərazinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılır. Cinayətdə şübhəli bilinənlər hələ saxlanılmayıb.

OXŞAR XƏBƏRLƏR