Bakıda ər arvadına bıçaqla hücum etdi

Bakıda ər arvadına bıçaqla hücum etdi
SOSİAL
18:20 19.07.2017
757
Sabunçu RPİ-nin əməkdaşları kişini saxlayıblar və istintaqa təhvil veriblər, qadının vəziyyəti ağır kimi qiymətləndirilir. 

Ailə faciəsi Bakının Sabunçu rayonunda baş verib. Hadisə nəticəsində qadın çoxsaylı bıçaq yaraları alıb və 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.  

Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından bildiriblər. 

Maştağa qəsəbəsində Albalıq massivində 1989-cu il təvəllüdlü Kamran Əliağa oğlu Quliyev 1994-cü il təvəllüdlü həyat yoldaşı Rəhimova Fərqanə Arif qızı ilə mübahisə zamanı ona çoxsaylı bıçaq xəsarətləri yetirib. Zərərçəkən ağır vəziyyətdədir.

Quliyev Sabunçu rayonu 14-cü polis bölməsinin əməliyyatçıları tərəfindən saxlanılıb. 

İstintaq cinayətin səbəblərini araşdırır. 

OXŞAR XƏBƏRLƏR