Bakı sakini həyat yoldaşını bıçaqlayıb.
Hadisə Xəzər rayonunun Şüvəlan qəsəbəsində qeydə alınıb.
Orada yaşayan 1972-ci il təvəllüdlü Fərhad Hüseynov həyat yoldaşı, 1971-cı il təvəllüdlü Rəna Hüseynovanın qarın nahiyəsinə mətbəx bıçağı ilə xəsarət yetirib.
R.Hüseynova 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
///report