Bakıda ər arvadının boğazını kəsdi

Bakıda ər arvadının boğazını kəsdi
SOSİAL
11:17 31.07.2018
6197
Nəsimi rayonunda qadın qısqanclıq zəminində bıçaqlanıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə Cavadxan küçəsində yerləşən mənzildə baş verib.

1988-ci il təvəllüdlü Məhəbbət Şıxıyeva həyat yoldaşı ilə mübahisə edib. Əri onu qısqanclıq zəminində döyüb. Daha sonra qadın qol və boğaz nahiyələrindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR