Bakıda ər əvvəlcə arvadını, sonra özünü bıçaqladı

Bakıda ər əvvəlcə arvadını, sonra özünü bıçaqladı
SOSİAL
09:12 31.07.2021
713
Bakıda ər əvvəlcə arvadına, sonra isə özünə bıçaqla xəsarət yetirib.
 
AZXEBER.COM "Report"a istinadən bildirir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Məlumata görə, Lökbatan qəsəbəsində 1988-ci il təvəllüdlü Səfərova Ülviyyə Zahir qızı həyat yoldaşı, 1986-cı il təvəllüdlü Səfərov İsmayıl Qafar oğlu tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb. Ona qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Hadisəni törədən İ.Səfərov özünə də iki bıçaq zərbəsi vurub. O, xəstəxanaya çatdırılıb. İ.Səfərova boyunun kəsilmiş-deşilmiş və biləyin kəsilmiş yaraları diaqnozu qoyulub.
OXŞAR XƏBƏRLƏR