Bakıda əri tərəfindən döyülən 22 yaşlı qadının burun sümüyü sınıb

Bakıda əri tərəfindən döyülən 22 yaşlı qadının burun sümüyü sınıb
SOSİAL
11:20 26.01.2017
816

 

A.İsrafilov. Bakıda əri tərəfindən döyülən qadın xəstəxanaya yerləşdirilib.

Ötən gecə saat 1 radələrində Həsənova Türkanə Mobil qızı təcili tibbi yardım maşını ilə 1 nömrəli xəstəxanaya gətirilib. İlkin müayinələr zamanı məlum olub ki, 22 yaşlı qadının burun sümüyü sınıb. Zərərçəkmiş xəstəxananın üz-çənə cərrahiyyəsi şöbəsinə yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsinə məlumat verilib. İlkin təhqiqat araşdırmaları zamanı qadın əri tərəfindən Türkan üzümçülük sovxozunda yerləşən evində döyüldüyünü təsdiq edib.

///SalamNews
OXŞAR XƏBƏRLƏR