Bakıda eskalator xanımı o dünyalıq edəcəkdi -FOTO +18

SOSİAL
10:16 25.07.2016
6673
Bakıda qadın eskalatorun işləməməsi ucbatından o dünyalıq olacaqdı.
Ötən gün Svetlana Pyotrova işləməyən eskalatordan istifadə edərkən bədbəxt hadisə ilə üzləşib.
Belə ki, xanım Heydər Əliyev saraynın yaxınlığındakı yeraltı keçidin eskalatorundan istifadə etmək istəyərkən, pilləkənlərin birinin qırılmağı nəticəsində yıxılıb və sifəti çapılıb. Xanım başına gələn hadisəni sosial şəbəkdə bu cür izah edib:
"Mən çox düşündüm, bu şəkili paylaşım, ya yox, ancaq sonra başa düşdüm ki, bu, kiminsə sağlamlığını qoruya bilər. Çünki mənim yerimdə başqa bir şəxs də ola bilərdi.
Hadisə Heydər Əliyev sarayından park istiqamətinə yeraltı keçiddə baş verib.
İşləməyən eskalatorla qalxarkən ən birinci pilləsi qopdu. Ərazidə eskalatorun nasaz olması barədə heç bir xəbərdarlıq nişanı yox idi. Mənim yıxılmağımın nəticəsini siz özünüz görürsünüz.
İnsanlardan xahiş edərdim ki, hərəkət edərkən son dərəcə ehtiyatlı olsunlar. Çünki,bizdə işləyən eskalatrolar belə insanın həyatına son qoya bilər".
///Milli.Az 
OXŞAR XƏBƏRLƏR