Bakıda estetik əməliyyat etdirən 43 yaşlı qadın öldü

Bakıda estetik əməliyyat etdirən 43 yaşlı qadın öldü
SOSİAL
10:59 16.02.2026
424
Bakıda estetik əməliyyat etdirən qadın vəfat edib.

AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, fevralın 10-da Səttar Bəhlulzadə küçəsində yerləşən "Medi Hall” hospitalda bədən şəkilləndirmə əməliyyatı edilən 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın vəziyyəti kəskin pisləşib.

Tibbi müdaxiləyə baxmayaraq o, fevralın 13-də vəfat edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR