Bakıda ev yanır - FHN-in canlı qüvvə və texnikası cəlb edildi

Bakıda ev yanır - FHN-in canlı qüvvə və texnikası cəlb edildi
SOSİAL
15:30 11.11.2017
3331

Bakının mərkəzində yaşayış evində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, hadisə Nəsimi rayonunun 3-cü Alatava yaşayış massivində baş verib.

Ərazidə bir mərtəbəli fərdi yaşayış evində qəfil yanğın baş verib.

 

Hadisə yerinə FHN-in canlı qüvvə və texnikaları cəlb edilib. Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.

Hadisə nəticəsində xəsarət alan yoxdur.

OXŞAR XƏBƏRLƏR