Bakıda evdən 110 min dollar oğurlandı

Bakıda evdən 110 min dollar oğurlandı
KRİMİNAL
13:38 05.04.2023
703
Bakıda evdən oğurluq edilib.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

"Paytaxtda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsindəki evlərin birindən 110.000 ABŞ dolları və 1000 avro pul, habelə 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Üzeyir Bayramov və Namik Bayramov müəyyən olunaraq saxlanılıblar”, - DİN-in məlumatında qeyd olunub.

Rəsmi məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR