Bakıda evdən oğurluq edən şəxs tutuldu

KRİMİNAL
17:46 23.08.2021
880
Sabunçu rayonunda evlərin birindən iki min manat dəyərində məişət əşyaları və spirtli içkilər oğurlamaqda şübhəli bilinən paytaxt sakini O.Səfərov rayon polis idarəsinin 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb, daha bir nəfərin kimliyi isə müəyyənləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, axtarış zamanı O.Səfərovdan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR