Bakıda evində bıçaqlanan ailənin daha bir üzvü xəstəxanada öldü

Bakıda evində bıçaqlanan ailənin daha bir üzvü xəstəxanada öldü
SOSİAL
16:15 01.12.2022
340
Bakıda naməlum şəxs tərəfindən bıçaqlanan ailənin daha bir üzvü dünyasını dəyişib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində evə hücum zamanı bıçaqlanan 1945-ci il təvəllüdlü Şahirə Muradova xəstəxanada ölüb.

Faktı Baş Prokurorluğun Mətbuat Xidməti təsdiqləyib.

Xatırladaq ki, hadisə noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradovun, xəsarət alan daha bir nəfər, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

Yaralılardan daha bir nəfər - 1971-ci il təvəllüdlü Rahil Muradov xəstəxanada dünyasını dəyişib.

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.
OXŞAR XƏBƏRLƏR