Bakıda evlərdən oğurluq edən şəxs tutuldu

KRİMİNAL
12:04 22.02.2014
1460
Bakıda evlərdən oğurluq edən şəxs tutulub.
Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 2013-cü il yanvarın 27-də və iyunun 17-dən 22-dək olan müddətdə Bakı şəhər sakini Məleykə Əhədzadəyə məxsus I Albalılıq bağ massivində yerləşən bağ evindən bir neçə ev əşyaları, dekabrın 11-də Aqşin Cəfərova məxsus II Albalılıq qəsəbəsində yerləşən evdən mobil telefon və fotoaparat, bu il fevralın 14-nə keçən gecə Maştağa qəsəbəsi Savalan yaşayış massivində Əli Quliyevin evindən isə 1200 manat oğurlanıb.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Əkbər Hüseynov tutulub. Oğurluqda şübhəli bilinən digər şəxsin tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR