Bakıda evlərin qiyməti niyə qalxdı?

Bakıda evlərin qiyməti niyə qalxdı?
İQTİSADİYYAT
11:34 09.07.2014
2778

Paytaxtda mənzillərin qiymətləri kəskin şəkildə bahalaşıb. Artım hətta son beş ildə rekord həddə çatıb. 

ANS TV-nin məlumatina görə, Bakının ilkin və təkrar mənzil bazarlarında qiymət artımı cari ilin əvvəlindən başlıyıb. Təkrar satılan evlərdə qiymətlər ötən illə müqayisədə təqribən 20% artıb, ilkin mənzil bazarında isə 1 kvadratmetr sahənin qiyməti 30 faizə yaxın bahalaşıb.

Daşınmaz əmlak bazarında qiymətlər son 5 ildə ən yüksək həddə çatıb. Dəqiq rəqəmlərlə ifadə etsək, qiymət artımı 2011-ci ildə 4 %, 2012-ci ildə 12 %, 2013-cü ildə 26 % olub. Bu il isə daşınmaz əmlak bazarında bahalaşma 32,6 % göstərilir.

Qiymətlərin dinamik artımının mövsümü xarakter daşıdığı düşünülsə də ekspertlər bu tendensiyanın davam edəcəyi qənaətindədir.

Ekspert Nüsrət İbrahimovun sözlərinə görə, bazarda təklif azaldıqca qiymətlər artır: “2011-ci ildən artıq Azərbaycanda tikinti bumu nisbətən səngidi. Amma əhalinin gəlirləri artdı, buraya ölkədə aparılan tikinti layihələri, Rusiya və Ukraynada baş verən hadisələr və şəhərin mərkəzindəki kompensasiya ilə sökülən ərazilər birbaşa təsir etdi”.

Qiymət artımı əvvəlki illərdən fərqli olaraq şəhərin mərkəzində deyil, əsasən Bakı ətrafında, xüsusən də Xırdalan, Masazır və Saray qəsəbələrində kəskin şəkildə nəzərə çarpır. Burada daşınmaz əmlakla yanaşı, torpaq sahələrinin də qiyməti artır. Amma Bakının 3-cü və 4-cü dairələrində də kifayət qədər artım müşahidə olunur.

Ekspert Akif Mehrəliyev deyir ki, ötən il Bakının 3-cü dairəsi hesab olunan ərazilərdə "xruşşovka" binalarda ikiotaqlı mənzillərin qiyməti 80.000 idi: “İndi isə həmin evlər 100.000 AZN-ə təklif olunur. Bu ölkənin iqtisadi inkişafı ilə tələbin artmasından irəli gəlir”.

Təklifin azalması ilə daşınmaz əmlak bazarında gedən bahalaşmanın növbəti 5-8 il ərzində davam edəcəyi gözlənilir. Yalnız bundan sonra tələb azalarsa, qiymətlərdə ucuzlaşma baş verə bilər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir