Bakıda evli qadın Ramizlə “sevişdi”, axırda da vurub öldürdü - "Deyirdi ya mənim olacaq, ya qara torpağın"

Bakıda evli qadın Ramizlə “sevişdi”, axırda da vurub öldürdü - "Deyirdi ya mənim olacaq, ya qara torpağın"
SOSİAL
15:47 01.12.2019
8362
Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini qətlə yetirməkdə ittiham olunan Günel Qasımovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

AZXEBER.COM virtualaz.org-a istinadən bildirir ki, prosesdə şahid qismində Nicat Abuşov dindirilib. O, ifadəsində mərhum Ramiz Hüseynovla yaxın qohum olduqlarını, Ramizin ona güvəndiyini, hər yerə birgə gedib-gəldiklərini deyib. Şahidin dediklərindən belə məlum olub ki, Ramizin Günel Qasımova ilə yaxın münasibət qurmasından onun ailə üzvləri xəbər tutub, nəticədə ər-arvad arasında söz-söhbət yaranıb.

"Ona görə Ramiz hər yerə mənimlə gedirdi. Həyat yoldaşı da elə bilirdi ki, mənim yanımdadı", - şahid deyib.

N.Abışov ifadəsində deyib ki, hadisədən iki il öncə Ramizlə Günel Nabrana istirahətə gediblər. Həmin vaxt Nicatla yanaşı, Günelin rəfiqəsi də onların yanında olub. Birlikdə yeyib-içiblər. Süfrə arxasında Günellə Ramizin münasibətindən söz düşərkən sonuncu "mənim sənlə sonunadək bir yerdə olmağım mümkün deyil" deməsi ilə Günelin bıçağa əl atması bir olub: "Günel bıçaqla Ramizi vurmaq istədi. Güclə sakitləşdirdik".

Şahid ifadəsində Ramizin qətlindən sonra depressiyaya düşdüyünü deyib: "Qətldən sonra Günelin evini polis əməkdaşlarına mən göstərmişəm. Həmişə deyirdilər ki, Ramizin sirrini sən bilirsən. Ramiz ömür boyu kiməsə borclu olmayıb. Bunun evinin, maşınının kreditini də Ramiz ödəyirdi. Ramizin ölümündən sonra depressiyaya düşdüm. Ondan sonra anam da vəfat etdi. Hələ də şokdayam".

Məhkəmədə mərhumun anası hakimdən çıxış üçün ona söz verilməsini istəyib. Oğlunun qatilinin Günel olmasını Xırdalanda hər kəsin bildiyini deyib: "Xırdalanda kimdən soruşsan ki Ramizi kim öldürüb. Hamı bir ağızdan Günelin öldürdüyünü deyəcək. Hətta müstəntiq özü də dedi ki, yasda hamı danışırmiş ki, bu qadın Ramizin axırına çıxdı. Keçən dəfə məhkəmədə deyir ki, görərik axırda nə olacaq. Bu qadın kimə arxalanır? Çöldə anası belə deyir, içəridə də balası".

Daha sonra prosesdə şahid qismində Ziyafət Abışov dindirilib. O, ifadəsində Ramizlə əmiuşağı olduqlarını, dəfələrlə Ramizi Yasamala - Günelin yaşadığı ünvana apardığını bildirib: "Ramizin evində söz-söhbət olurdu. Neçə dəfə mən özüm də ona demişdim ki, bu qadınla bitir münasibətini. Ramizin ona 1200, ya da 1400 manat borcu var idi. İşdən çıxmışdı, son iki ay idi ki, bunun da yanına gedib-gəlmirdi. Mənə deyirdi ki, o qıza bir az borcum var, verim, yoxsa öldürər məni".

Şahid ifadəsində əlavə olaraq göstərib ki, təqsirləndirilən Günel Qasımova mütəmadi olaraq Ramizi ölümlə təhdid edib: "Ramizlə hara gedirdisə, tez şəkil çəkib onun arvadına göndərirdi. Təhdid edirdi. Deyirdi ki, ya mənimdi, ya da qara torpağın".

Məhkəmə prosesi dekabrın 2-də davam edəcək.

Qətl hadisəsi ötən ilin oktyabrında gecə saatlarında Xırdalan şəhərindəki parkda baş verib. Abşeron rayon sakini, 27-ci məhəllə ev 2, mənzil 9 da yaşayan, 40 yaşlı Ramiz Hüseynov parkda bıçaqlanıb və çoxlu qan itirdiyindən hadisə yerində ölüb.

Abşeron rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində R.Hüseynovla sevgi münasibətində olan və cinayəti törətməkdə təqsirli bilinən Günel Qasımova saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

G.Qasımova ittihamı qəbul etməyib və R.Hüseynovu öldürmədiyini bildirib.

İstintaq zamanı məlum olub ki, hadisə baş verən gün G.Qasımova evdən çıxarkən ərinə rəfiqəsinin ad gününə getdiyini deyib. Taksi sürücüsü A.Abdurəhmanov Güneli hadisə baş verən gün Yasamaldan Xırdalana apardığını təsdiqləyib.Onu da qeyd edək ki, G.Qasımova 2004-cü ildən ailəli olub. Bir övladı var.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası bəyanat yaydı: Rusiya dərhal üzr istəməlidir
14:54 29.06.2025
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası bəyanat yaydı: Rusiya dərhal üzr istəməlidir
İranda icazəsiz dron uçuş qadağan edildi
14:44 29.06.2025
İranda icazəsiz dron uçuş qadağan edildi
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
14:23 29.06.2025
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
14:07 29.06.2025
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
13:52 29.06.2025
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
13:39 29.06.2025
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
13:21 29.06.2025
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
12:59 29.06.2025
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
12:53 29.06.2025
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
12:46 29.06.2025
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
12:42 29.06.2025
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
12:40 29.06.2025
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
12:38 29.06.2025
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
12:34 29.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
12:31 29.06.2025
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
12:29 29.06.2025
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq