Bakıda Facebook ‘razborkası’ məktəbli oğlanın öldürülməsi ilə nəticələndi

KRİMİNAL
11:25 02.04.2014
2801

Bakıda Facebook yazışması qanlı sonluqla bitib.

Məktəbli oğlan amansızlıqla öldürülüb.

Binəqədi rayonunda 16 yaşlıMobil Abdullayevhələlıik adı açıqlanmayan şəxslə yazışıb və bir-birini söyüblər. Mübahisəni həll etmək üçün Binəqədi şossesində, “Davud market”in qarşısında görüş təyin ediblər. Görüş yerinə gələn həmin şəxs Mobilə çoxsaylı bıçaq zərbələri vurub. Orta məkrtəbin 10-cu sinfində oxuyan Mobili ağır vəziyyətdə 1 saylı şəhər Xəstəxanasına aparsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. Binəqədi Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, qətli törədən şəxs müəyyən edilib. Hazırda onun tutulması üçün tədbirlər görülür.

OXŞAR XƏBƏRLƏR