Bakıda 7 yaşlı oğlanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Binə qəsəbəsində "ZİL" markalı 10 NK 314 dövlət qeydiyyat nişanlı yük maşını 2009-cu il təvəllüdlü Heydərlki Fərda Zaur oğlunu vurub. Yük maşının altında qalan uşaq hadisə yerindəcə vəfat edib.
Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Lent.az