Bakıda faciə: iki nəfər liftin şaxtasına yıxılaraq öldü
Bütün Xəbərlər
14:00 24.12.2011
2901
Dekabrın 23-də Yasamal rayonu ərazisində, Respublika Kliniki Xəstəxanasında bədbəxt hadisə baş verib. Təmir işləri aparan Yevlax rayon sakini Natiq Əsgərov 3-cü mərtəbədən liftin şaxtasına yıxılaraq ölüb. Oxşar hadisə Nərimanov rayonu ərazisində də baş verib. Koroğlu Rəhimov küçəsi 1 ünvanında 2 yaşlı Niftiyev Tural Emin oğlu yaşadığı evin 7-ci mərtəbəsindən liftin şaxtasına yıxılaraq ölüb. Məlumata görə, liftin qapısı açıq olub və 2 yaşlı körpə açıq qalmış qapıdan ehtiyatsızlıq nəticəsində şaxtaya yıxılıb.