Bakıda faciə: Pəncərə silmək istəyən tələbə qız yıxılaraq öldü

Bakıda faciə: Pəncərə silmək istəyən tələbə qız yıxılaraq öldü
SOSİAL
21:52 15.04.2020
6850
Bakının Qaradağ rayonunda bədbəxt hadisə zamanı gənc qız ölüb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində baş verib.

1999-cu il təvəllüdlü Məhərrəmova Nilgün Tarix qızı yaşadığı binanın beşinci mərtəbəsində otağın pəncərəsini silib. Bu zaman o, ehtiyatsızlıqdan yerə yıxılıb. 

N.Məhərrəmova 1 saylı şəhər xəstəxanasına çatdırılarkən yolda ölüb. 

Qeyd edək ki, N.Məhərrəmova Ali Neft Məktəbinin üçüncü kurs tələbəsidir. O, prezident təqaüdçüsü olub.
OXŞAR XƏBƏRLƏR