Bakıda faciə: Uşağı yemək yedirtmək üçün pəncərədə oturtdu, yıxılıb öldü

SOSİAL
10:10 07.05.2020
11360
Bakıda ananın 2 yaşlı oğlunu yemək yedirtmək üçün pəncərədə oturtması ölümlə nəticələnib. 

AZXEBER.COM-un "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə mayın 6-sı saat 13 radələrində Sabunçu rayonunda baş verib. Anası 2 yaşlı oğlu Kamil Abdullazadəni yaşadıqları fərdi yaşayış evinin ikinci mərtəbəsində otağın pəncərəsində oturdaraq yemək yedizdirib.

Bu zaman ani olaraq uşaqdan diqqətini ayırması nəticəsində 2 yaşlı Kamil pəncərənin qoruyucu toruna tərəf əyilib və müvazinətini itirərək pəncərədən evin həyətinə yıxılıb. Valideynləri onu 3 saylı şəhər klinik xəstəxanasına aparıb və 2 yaşlı Kamilə ilkin tibbi yardım göstərilsə də, həmin gün saat 21 radələrində xəstəxanada vəfat edib. Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR

X Mostbet