Bakıda faciəli İmam sevgisi :- Bu ziyarət ölümə apardı - FOTOLAR

KRİMİNAL
11:58 20.11.2013
15772
Bu qızlar İslamın ilk şəhidlərini anmaq üçün bütün gecəni məscidləri piyada gəzdilər. Onların ziyarəti sonda özlərinin faciəsi ilə bitdi.Aşura günü, noyabrın 14-də, səhər saatlarında 19 yaşlı Aytac Məmmədovavə onun bibisi qızı olan 22 yaşlı Jalə Muradovanı maşın vuraraq öldürüb.Ruslan Mustafayevin darə etdiyi “Mercedes” markalı maşının zərbəsindən hər iki qız yerindəcə keçinib.Aşura günü Maştağa qəsəbəsində ölən bu iki gənc qız haqqında yaxınları Milli.Az-a göz yaşı içərisində danışdılar. Onların yaxın qohumu Mətanət Xasməmmədova bildirdi ki, Jalə onun bacısı, Aytac isə qardaşı qızlarıdır. Onların hər ikisi ibadətə 5-6 ay əvvəl başlayıblar, hicab taxırdılar. Çox dəcəl, ərköyün olsalar da, ağıllı, tərbiyəli qızlar idi. Hər cümü günü İmam Rza məscidinə gedirdilər.M.Xasməmmədovanın sözlərinə görə, qızlar Aşura mərasiminə hazırlığa çoxdan balamışdılar: “Bir ay əvvəldən qara çadra tikdirib Nardaran məscidinə ayaqla gedəcəklərini niyyət etmişdilər. Hadisə baş verən günə keçən gecə İmam Rza məscidinə gəlib şam namazını qılıblar, sonra piyada digər məscidləri ziyarətə başlayıblar. Məsciddən çıxandan bir saat sonra Savalan yolunda olublar. Yol boyu onlarla ziyarətə çıxan qızlarla mesajlaşaraq tez-tez harada olmaqları barədə bir-birinə məlumat veriblər. Qəflətən maşın zərbəsinə tuş gəlibər”.“Qizların ayaqları piyada getməkdən şişib suluq atmışdı. Görünür, sürücü yuxulu olub, əyləc əvəzinə qazı basıb və hadisə olub. Həmin sürücü də bütün gecəni məscidlərə adam daşımaqla məşğul imiş. Maşının zərbəsindən yerindəcə keçiniblər. Qızlar son şəkillərini də məsciddə çəkdiriblər. Yaşıl parçada qaşlardan “Ya Hüseyn” yazıb məsciddəkilərə paylamışdırlar. Onların hər birini Jalə özü hazırlamışdı. Gözəl əl qabiliyyəti, istedadı vardı. Din fanatı deyildilər, sadəcə İmam Hüseyn sevgisi vardı onlarda. Heç məndən Nardarana gedəcəklərini də nədənsə gizlətmişdilər, bəlkə də, mənə qıymamışdılar”, - deyə M.Xasməmmədova əlavə etdi.Qızların bibisi deyir ki, Aytac üçün elçi düşənlər vardı, Jalə üçün isə Məhərrəm ayından sonra elçi gələsiydi, ancaq hər ikisinə yas çadırı quruldu.
Mərhum Jalə Muradovanın əl işləri:

OXŞAR XƏBƏRLƏR