Bakıda fahişə şəbəkəsi: Gecəsi 40, içkisi 200 manat –FOTOLAR - Audio

SOSİAL
12:19 06.05.2016
37446
Türkiyədən Azərbaycana üz tutan 3 turist Bakıda işbazların qurbanı olub.
Turistlər paytaxtda fəaliyyət göstərən kafe və barlarla əlbir olan qadınların tələsinə düşüb. Belə ki, gecə saatlarında əylənmək istəyən Türkiyə vətəndaşları “odnoklassniki” sosial şəbəkəsində tanış olduqları qadınla əlaqə saxlayaraq görüş təyin ediblər: "Qadın, söhbət zamanı 25 manata görüşdüyünü bildirdi. Yerləşdirdiyi şəklin altında da şəklin ona aid olduğunu yazmışdı.
Nömrəyə zəng edəndə bizi Nizami metrosunun qarşısına çağırdı. Metronun yanında olanda təkrar mənə zəng edin dedi və biz də elə etdik. Bizə Nizami metrosundan köhnə avtovağzal istiqamətində yuxarı tərəfə qalxmağımızı istədi və oradaki marketdən iki qutu siqaret və "RedBull" almağımızı istədi. Biz tapşırılanları alanda onlar artıq bizi gördülər və Mustafa Sübhi küçəsində yerləşən “Kera” kafeyə dəvət etdilər. İçəri girən kimi masanın üstünü biz sifariş vermədən doldurdular. Qızlar içirdilər, söhbət etdilər. Biz artıq işin nə yerdə olduğunu anladıq və qızlara getmək istədiyimizi deyəndə bizə hesab gətirildi. Baxdıq ki, 205 manat yazılıb. 105 manat içki, 50 manat da kabinet pulu. Biz hesabın məbləğinə mat qaldıq. Etiraz etdik ki, axı biz sifariş verməmişik, ikincisi də bizə gətirilən içkilər bu məbləğdə deyil. Belə deyəndə içəridən iri cüssəli oğlanlar çıxıb bu məbləği ödəmədən buradan çıxa bilməyəcəyimizi dedilər. Uzun mübahisədən sonra pulumuzun olmadığını izah edə bildik. Bizim üstümüzü axtardılar. Nəyimiz varsa hamısını stolun üstünə boşaltmağı əmr etdilər. Portmanat və cibimizdə pul tapmayanda kafenin müdiri bizimlə belə razılaşdı ki, 50 manat verin çıxın. Biz 50 manat ödəyib kafedən uzaqlaşdıq”.
Zərər çəkən Türkiyə vətəndaşı hadisəni nəql etdikdən sonra jurnalist ondan təkrar o nömrə ilə əlaqə saxlamağını istəyib.

OXŞAR XƏBƏRLƏR