Bakıda fəaliyyətə başlayacaq ekspress avtobusların istiqamətləri necə olacaq? - AÇIQLAMA

Bakıda fəaliyyətə başlayacaq ekspress avtobusların istiqamətləri necə olacaq? - AÇIQLAMA
SOSİAL
22:01 01.09.2022
270
Paytaxtda sürətli rejimdə işləyəcək yeni ekspress marşrutlar yaradılır.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, bu marşurutlardan istifadə edəcək sərnişinlər paralel marşurutlarda hərəkət edən sərnişinlərdən daha tez mənzil başına çatacaqlar.

Agentliyin mətbuat katibi Mais Ağayev xezerxeber.az-a bildirib ki, müntəzəm daşımalarda əhalinin tələbatının ödənilməsi, sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi və sağlam rəqabət mühitinin formalaşdırılması üçün bu addımlar atılır:

"Bu tədbirlər çərçivəsində 5-i mövcud, 2-si yeni olmaqla ümumilikdə 7 müntəzəm marşrutda müsabiqə elan olunub. Vətəndaşlardan daxil olan müraciətlərə əsasən 104, 161, 163, 166, 189 nömrəli müntəzəm marşrutlar üzrə təhlillər aparılıb. Sərnişindaşımadakı vəziyyət qənaətbəxş hesab edilmədiyindən bu xəttlər müsabiqəyə çıxarılıb”. 

Mətbuat katibi onu da əlavə edib ki, vətəndaşların gediş-gəlişini sadələşdirmək və sərnişinlərin artan tələbatını nəzərə alaraq metronun "Xalqlar dostluğu” stansiyasını "Binə” ticarət mərkəziylə və eləcədə, bu stansiyanı "Sədərək” ticarət mərkəziylə əlaqələndirən "E2” nömrəli sürətli rejimdə işləyən yeni marşrutlar yaradılaraq istismara veriləcək:

"Məlumat üçün deyim ki, sürətli rejimli daşımalarda marşrut boyu avtobuslar müəyyən edilmiş bir neçə dayanacaq məntəqəsində dayanır. Bunlar əsas cəlbetmə məntəqələridir”.

Mais Ağayev sonda qeyd edib ki, müsabiqələr Nazirlər Kabinetinin 13 aprel 2009-cu il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobillə müntəzəm şəhərdaxili, şəhərlərarası və beynəlxalq sərnişindaşımalarına sərnişin daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi” qaydasına uyğun təşkil ediləcəkdir.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən daşıyıcı şirkətlər BNA-ya müraciət edə bilərlər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
12:07 08.06.2026
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
12:04 08.06.2026
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
11:55 08.06.2026
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
11:53 08.06.2026
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
11:44 08.06.2026
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
11:28 08.06.2026
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
11:28 08.06.2026
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
11:20 08.06.2026
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
11:19 08.06.2026
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
11:14 08.06.2026
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
11:11 08.06.2026
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
11:07 08.06.2026
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
10:57 08.06.2026
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
10:45 08.06.2026
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
10:25 08.06.2026
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır
10:24 08.06.2026
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır