13:54 şənbə, 22 Fevral 2020
SOSİAL

Bakıda fəhləni cərəyan vuraraq öldürdü

16:14, 25.06.20192223
Bakıda fəhləni cərəyan vuraraq öldürdü
Bakıda fəhlə faciəli şəkildə ölüb.
 
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda yerləşən "Alprof" MMC-yə məxsus emalatxanada baş verib. Orada fəhlə işləyən, 1986-cı il təvəllüdlü Rahil Məmmədov elektrik çaydanını şəbəkəyə qoşmaq istəyərkən çaydanın birləşdirici hissəsində olan nasazlıqla əlaqədar onu cərəyan vurub. Fəhlə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
XƏBƏR LENTİ