"İnter" rəhbərliyi Anar Salmanovun avtomobilinə zərər vuranların məsuliyyətə cəlb olunacağına ümid edir
"İnter" idman klubu Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində 30.03.2013-cü il tarixdə keçirilən "İnter"-"Neftçi" matçından sonra qarşılaşmanın baş hakimi Anar Salmanova məxsus avtomobilə zərər vurulması barədə Kütləvi İnformasiya Vasitələrində yayılan xəbərlərlə bağlı bəyanat yayıb. AZXEBER.COM-un məlumatına görə, "İnter"in rəhbərliyi belə bir hərəkətə yol verilməsini qınayır və günahı olan şəxs və ya şəxslərin tezliklə məsuliyyətə cəlb olunacağına ümid edir. Xatırladaq ki, ötən tur "Şəfa" stadionunda baş tutan "İnter"-"Neftçi" oyunundan sonra görüşün baş hakimi Anar Salmanovun avtomobilinə bəzi azarkeşlər tərəfindən ciddi şəkildə ziyan dəyib. FİFA referisinə məxsus "Folksvagen Passat" markalı avtomobil qəsdən cızıq-cızıq edilib. Qeyd edək ki, "Neftçi" "İnter" oyunu "Çeftçinin" 1:0 hesablı qələbəsilə bitib.