Bakıda gecə saatlarında ötüşən iki avtomobil qəza törətdi - VİDEO

SOSİAL
11:19 24.01.2018
3242
Bakının Nobel prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə dünən, gecə saatlarında baş verib. 

Belə ki, Nobel prospektində iki "Mercedes” markalı avtomobil ötüşüb. Ötüşmə zamanı "Mercedes”in biri yol qaydalarına zidd olaraq sağdan "Chevrolet” markalı maşını ötüb.

Onun ardınca ikinci "Mercedes” markalı avtomobil də təhlükəli manevri təkrarlamaq istəyib. Lakin sürücü avtomobilin idarəetməsini itirərək "Chevrolet” markalı avtomobilə çırpılıb.

Hadisə videoqeydiyyatçı vasitəsilə lentə alınıb.

Həmin görüntüləri təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR