Bakıda gecə vaxtı dəyənəklə polisə hücum etdi - ANBAAN VİDEO

Bakıda gecə vaxtı dəyənəklə polisə hücum etdi - ANBAAN VİDEO
SOSİAL
10:01 23.05.2023
309
Bakıda bir qrup şəxs gecə saatlarında ictimai asayişi pozub.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Hadisə Qara Qarayev metro stansiyasının yaxınlığında yerləşən "Sevinc" restoranının qarşısında baş verib.

Onlardan bir neçəsi söyüş söyərək qalmaqal yaradıb.

Hətta biri dəyənəklə polis əməkdaşına zərbə endirib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır, əlavə məlumat veriləcək.

Görüntüləri olduğu kimi təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR