Bakıda gecə vaxtı evləri sökülən sakinlər danışdı - VİDEO

Bakıda gecə vaxtı evləri sökülən sakinlər danışdı - VİDEO
SOSİAL
13:11 25.04.2017
3910
Bakıda tikinti şirkəti 6 ailəyə məxsus evi söküb. Sakinlər etiraz əlaməti olaraq yaxınlıqdakı yolu bağlayıb.
 
"Report"un xəbərinə görə, hadisə ötən gecə Yasamal rayonunda qeydə alınıb. Belə ki, Hüseyn Cavid Prospekti 72 ünvanında 61 yaşlı Həsənova Şövkət və Həsənov Gülmirzəyə məxsus evdə yaşayan 6 ailə gecəni çöldə keçirməli olub. Sakinlərin "Report"a verdiyi məlumata görə, yaxınlıqda yerləşən "Olympus" tikinti şirkəti yeni bina tikib. Həmin şirkətin rəhbəri sayılan Rəfael adlı şəxs binanın həyətyanı sahəsini genişləndirmək üçün yaxınlıqda yerləşən iki fərdi yaşayış evini sökməyə qərar verib.
 
Şirkət rəhbərliyi sakinlərlə görüşüb. Sakinlər iddia edir ki, qarşı tərəf fərdi yaşayış evlərinin ərazisini hesablayarkən ölçünü düzgün qeyd etməyiblər: "Sahəsi 200 kvadratmetr olan evin ölçüsü 60 kvadratmet kimi qiymətləndiriblər. Ona uyğun olaraq hər bir kvadratmetr üçün 1500 manat qiymətləndirilib". Buna isə hər iki evdə yaşayan ailələr etiraz edib. Gecə saatlarında hər iki ev ağırtonajlı avtomobillər vasitəsilə dağıdılıb. Sakinlər isə buna etiraz əlaməti olaraq Hüseyn Cavid prospektində nəqliyyatın hərəkətini məhdudlaşdırmaq üçün yolu müxtəlif vasitələrlə bağlayıb. Əraziyə polis əməkdaşları cəlb edilib. Yolda hərəkət bərpa edilib.
 
"Olympus" tikinti şirkətinin satış meneceri Oktay Məmmədov "Report" a bildirib ki, Hüseyn Cavid Prospekti 72 ünvanında evlərin qanunsuz sökülməsi ilə bağlı məlumat yanlışdır: "Yayılan məlumatlar yanlışdır. Orada qanunsuz heç bir iş aparılmır. Həmin ərazidə tam qanuni olaraq tikinti işləri gedir. Bütün məsələlər ancaq qanuna əsaslanaraq aparılır. Bütün məsələlərə nəzarət edən dövlət qurumları var, heç bir özbaşınalıq ola bilməz, olmur da. Kimə nə qədər pul verilməyi ilə bağlı müqavilələr var".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
06:06 15.08.2025
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər