Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat

Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
SOSİAL
21:41 21.08.2026
196
Azərbaycanda "28 May” metrosunda təmir işləri ilə əlaqədar sərnişinlərin bir neçə avtobusdan istifadə etməsi nəqliyyat xərclərini artırıb. Həm bu vəziyyətdə, həm də ümumiyyətlə zamana bağlı bilet sisteminin tətbiqi təklif olunur.

AZXEBER.COM xəbər verir ki, iqtisadçı Natiq Cəfərli "Bakupost.az”a bildirib ki, ümumiyyətlə zamana bağlı bilet sisteminə keçmək lazımdır.

Onun sözlərinə görə, dünyanın hər yerində gedişhaqqı zamana bağlıdır və birdəfəlik gedişhaqqı kimi ölçülmür. Zamana bağlı 1 saatlıq, 1 günlük, 3 günlük, 1 həftəlik, 1 aylıq və illik biletlər mövcuddur.  

N.Cəfərli bildirib ki, vətəndaş metroya minərkən 1 saatlıq bilet alır, metrodan düşüb avtobusa minir və əlavə bilet almır. Bir saat ərzində nə qədər nəqliyyat dəyişsə də, cəmi bir dəfə ödəniş edir.

İqtisadçı qeyd edib ki, ayrı-ayrı güzəştlərin tətbiq olunmasındansa, məsələnin birdəfəlik həlli önəmlidir.

Onun sözlərinə görə, sistem tətbiq olunanda tələbələr, şagirdlər və təqaüdçülər üçün güzəştli qiymətlər müəyyənləşdirilir.

N.Cəfərli vurğulayıb ki, dünyanın keçdiyi yol var: "Biz özümüzdən velosiped icad etməkdənsə, normal ölkələrin praktikasını götürüb tətbiq etməliyik.”
OXŞAR XƏBƏRLƏR