Bakıda "Gelandewagen" aşıb, tıxac yaranıb

Bakıda "Gelandewagen" aşıb, tıxac yaranıb
SOSİAL
21:21 19.12.2018
4356
Bakıda zəncirvari qəza olub. 

AZXEBER.COM-un Trend-ə istinadən xəbərinə görə, hadisə akademik Şəfayət Mehdiyev küçəsində qeydə alınıb.

Qəzada iştirak edən hər üç avtomobil - "Mercedes C class”, "Mercedes S class” və "Gelandewagen” markalı avtomobillərə ciddi ziyan dəyib. Xəsarət alanlar barədə məlumat yoxdur.

Qəza nəticəsində "Gelandewagen” markalı avtomobil aşaraq yolu kəsib. Yolda avtomobillərin hərəkətində sıxlıq yaranıb.

Hadisə yerinə YPX əməkdaşları cəlb olunub.
OXŞAR XƏBƏRLƏR