Aktrisa Mehin Bayramlı Bakıda şiddətə məruz qalıb.
AZXEBER.COM xəbər verir ki,hadisə ötən gün Bakıda baş verib. Naməlum şəxs gənc xanıma yaxınlaşaraq ona hücum edib, üzünə şillə vurub.
M. Bayramlı onu kənara itələyərək ərazidən qaçıb. Taksiyə minərək evinə gedən aktrisaya anası və qonşuları köməklik göstərib.
Mehin qonşuları sayəsində sözügedən şəxsi tapıb.
AZXEBER.COM-un "El nə deyər" rubrikası məhz bu mövzuya həsr olunub.
Gec saatlara qədər işləmək məcburiyyətində olan 20 yaşlı Mehin işdən evə gələrkən narkotik istifadəçisinə tuş gəlir. Naməlum şəxs gənc qıza yaxınlaşır və səsini çıxartmaması üçün güc tətbiq edir. Xoşbəxtlikdən Mehinin imdadına yetişib onu xilas edən biri olur.
Bu gün Mehin səsini çıxarıb haqqını tələb edə bildi. Sabah isə başqa biri səsini çıxartmağı bacarmaya bilər.
Əminəm ki, bu mövzu işıqlanandan sonra rəy bölməsində "gecə vaxtı qız uşağının çöldə nə işi var idi”? "bəs bilmirdi ki? it qurd çöldə doludur” kimi rəy bildirənlərdə olacaq.
Təəssüf ki, bu formada qeyri-sağlam düşüncələrimizin mövcud olduğu müddətcə taksidə, küçədə və başqa ictimai yerlər də qadınlara qarşı olan zorakılıqların qarşısını almaq mümkün olmayacaq.
Axı biz nə üçün avtobusda özümüzdən başqa da qadın olsun deyə işimizi tez bitirib evə qaçmağa çalışmalıyıq.
Niyə hələ də gec vaxtda qadının rahat şəkildə çölə çıxması normal qarşılanmır?
20 yaşlı qızın bu yaşda qəbul etdiyi travmanı düşünün. Bu mövzu keçəcək amma travması hər zaman onunla biryerdə qalacaq.
Qız uşağının evə gec gəlməsi ilə ona əxlaqsız damğası vuranlar var. Amma nədənsə niyə gec gəldiyini soruşan yoxdur.
Oksana Orucova