Bakıda gənc evində xəncərlə vuruldu

SOSİAL
22:46 18.11.2021
871
Bakıda tanışı tərəfindən xəncərlə vurulan gənc ağır yaralanıb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Musayev Kamran Şakir oğlu Kamil Balakişiyev küçəsində yaşadığı evdə tanıdığı şəxs tərəfindən xəncərlə xəsarətlər alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona baş və sol qolun geniş həcmli yaraları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı polis tərəfindən araşdırılır.

OXŞAR XƏBƏRLƏR