Bakıda gənc kişidən iyrənc əməl - Ahıl qonşusuna təcavüz etdi

Bakıda gənc kişidən iyrənc əməl - Ahıl qonşusuna təcavüz etdi
SOSİAL
12:55 25.07.2019
3917
Bakının Xətai rayonunda yaşlı qadın zorlanıb. 

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlardan məlumat daxil olub.

Hadisə iyulun 23-də Naximov küçəsindəki evlərdən birində baş verib. 1957-ci il təvəllüdlü V.K. 35-ci Polis Bölməsinə müraciət edərək, Vüqar adlı tanışı tərəfindən zorlandığını bildirib.

Onun sözlərinə görə, kişi onun evinə gələrək, tək olmasından istifadə edib və onu zorlayıb. 

35-ci Polis Bölməsinin əməkdaşları hadisədə şübhəli bilinən şəxsi saxlayıb. O, zərərçəkmişin 29 yaşlı qonşusu olub (adı müəyyən səbəblərə görə açıqlanmır). 

Hazırda faktla bağlı araşdırmalar aparılır. 
OXŞAR XƏBƏRLƏR