Bakıda gənc oğlan doqquzuncu mərtəbədən yerə yıxıldı

SOSİAL
00:25 31.10.2022
667
Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Asif Məhərrəmov küçəsində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Fərəcov Murad Abbasəli oğlu yaşadığı çoxmərtəbəli binanın 9-cu mərtəbəsinin eyvanından ehtiyatsızlıq edərək yıxılıb.

O aldığı xəsarətlərə görə, komatoz vəziyyətinə düşüb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisənin təffərüatları araşdırılır.

OXŞAR XƏBƏRLƏR