Bakıda bıçaqlanma hadisəsi olub. Lent.az-ın məlumatına görə, hadisə Xəzər rayonu Binə qəsəbəsində qeydə alınıb. Fuad adlı şəxs küçədə 25 yaşlı Ağayev Əli Hüseyn oğlunun qarnına bıçaqla xəsarət yetirib. Hazırda araşdırma aparılır.