Bakıda gənc oğlan parkda bıçaqlandı- Vəziyyəti ağırdı

Bakıda gənc oğlan parkda bıçaqlandı- Vəziyyəti ağırdı
SOSİAL
22:31 18.07.2019
4230
Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə  rayonun Biləcəri qəsəbəsinin Yəhya Hüseynov küçəsində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü İsrafilzadə İbrahim Məhbub oğlu tanımadığı şəxs tərəfindən parka çağırılıb. Ona bir neçə bıçaq zərbəsi vurulub. O, 1 saylı Klinik Xəstəxanaya yerləşdirilib.

Həkimlər tərəfindən İ.İsrafilzadənin vəziyyəti ağır qiymətləndirilib.
OXŞAR XƏBƏRLƏR