Bakıda gənc qız binadan yıxıldı

Bakıda gənc qız binadan yıxıldı
SOSİAL
18:30 14.10.2016
1385

Bakıda 20 yaşlı qız üçüncü mərtəbədən yıxılıb.

Hadisə Lökbatan qəsəbəsi İ.Nəbiyev küçəsi ev 29 mənzil 48 ünvanında qeydə alınıb.

Orada yaşayan 1996-cı il təvəllüdlü Aygün Hüseynova yaşadığı binanın üçüncü mərtəbəsinin eyvanından yıxılaraq xəsarət alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

 
OXŞAR XƏBƏRLƏR