Bakıda gənc qızın çoxmərtəbəli binanın eyvanından düşərək intihara cəhd etdiyi məlum olub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Report-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Qeyd olunub ki, qız həmin binada anası ilə birgə kirayədə qalır.
Binanın 4-cü mərtəbəsindən yıxılan qız aşağıda dayanan avtomobilin üzərinə düşüb. Çoxsaylı xəsarətlər alan qızın durumu ağırdır.
Səhiyyə Nazirliyindən isə bildirilib ki, Asif Məhərrəmov küçəsində hündürlükdən yıxılma ilə bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış saat 13:39-da daxil olub: "Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın Kliniki Tibbi Mərkəzə aparılıb".
Hadisə yerinə polis əməkdaşları gəlib.