Gənc qız sevgilisi tərəfindən döyülüb.
AZXEBER.COM xəbər verir ki, bloger Atlas Fərəcova sevgilisi tərəfindən döyülüb. Bu barədə o, "İnstagram" hesabında paylaşım edib.
Gənc qız sevgilisi Aqşin tərəfindən döyüldüyünü əks etdirən fotoları paylaşaraq, yaxın zamanda əməliyyat olunacağını açıqlayıb:
"İki gün əvvəl öz evimin həyətində 2 illik sevgilim tərəfindən vəhşicəsinə döyülmüşəm. Səsimə bacım çıxmasa, yanında gətirdiyi xəncərlə məni öldürəcəkdi. Məni heç kim bu şiddətə qarşı susdura bilməz və susmayacağam da. Burnum 4 yerdən qırılıb. 6 ay sonra əməliyyat olunacam”.
Ayşən Mirzəyeva