Bakıda metronun yaxınlığında faciə: 24 yaşlı qız özünü binadan atdı

TOP4
09:06 08.12.2017
2246
Bakının Yasamal rayonunda intihar hadisəsi qeydə alınıb.
 
AZXEBER.COM  Report-a istinadla xəbər verir ki, 24 yaşlı qız (ad-soyad hələlik məlum deyil) metronun Elmlər Akademiyası stansiyası yaxınlığında yerləşən hündürmərtəbəli yeni tikilinin 10-cu mərtəbəsindən özünü atıb.
 
Gənc qız hadisə yerində ölüb. Əraziyə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin əməkdaşları cəlb edilib.
 
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

OXŞAR XƏBƏRLƏR