Bakıda gənc qız özünü maşının altına atdı

Bakıda gənc qız özünü maşının altına atdı
SOSİAL
10:23 29.10.2016
4215

Bakı şəhərində 24 yaşlı qız intihara cəhd edib.

Hadisə Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi, ev 83 ünvanında qeydə alınıb.

Belə ki, Abşeron rayon sakini 1992-ci il təvəllüdlü Aytəkin Fərhadova özü öldürmək məqsədilə Mətləb Eminbəylinin idarə etdiyi "Daewo" markalı avtomobilin altına atıb. Nəticədə avtomobilin güzgüsünə dəyərək kəllə-beyin travması alan yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

///report
OXŞAR XƏBƏRLƏR