Bakıda gənci bıçaqlayan şəxsə hökm oxundu

KRİMİNAL
20:36 29.03.2022
400
Bakıda qəsdən sağlamlığa ağır zərbə vurmada təqsirləndirilən Əli Mərdanova hökm oxunub və o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə 2021-ci il sentyabrın 18-də Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, Ə.Mərdanov 1995-ci il təvəllüdlü Xankişiyev Ağaxan Rövşən oğlunu "Qobu Park” adlanan yaşayış kompleksinin ərazisində mübahisə zəminində bıçaqlayıb.

O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkimlərin səyi nəticəsində həyatını xilas etmək mümkün olub.

Ə.Mərdanov polis əməkdaşları tərəfindən saxlanılıb.

OXŞAR XƏBƏRLƏR