Bakıda generalın evini taladılar –50 min pul, 300 minlik qızıl...

Bakıda generalın evini taladılar –50 min pul, 300 minlik qızıl...
SOSİAL
12:27 09.03.2016
6941
Dövlət Gömrük Komitəsinin generalı Qambay Əliyevin mənzilindən (İzzət Hemidov küçəsi 7, ev 8) 50 min manat və xeyli miqdarda qızıl-zinət əşyaları oğurlanıb.
Bu məsələdə generalın evində qulluqçu işləyən Sədaqət Məmmədova ittiham olunur. Məsələ ilə bağlı istintaqa cəlb olunan S.Məmmədova mənzildən oğurlanan pulu və zinət əşyalarını götürdüyünü etiraf edib.
Qambay Əliyev anası Böyükxanım Əkbərova ilə bir evdə yaşayır. Məhz bu üzdən də cinayət işində Q.Əliyevin deyil, anasının adı keçir.
Məsələ ilə bağlı Sabunçu qəsəbəsi Qambay Vəzirov küçəsi, ev 20-də yaşayan Sədaqət Məmmədova AzNews.az-a açıqlamasında həmin mənzildə qulluqçu işlədiyini təsdiqləyib: “Ev çox gəlişli-gedişlidir. Sentyabrın 13-də dedilər ki, mənzildən oğurluq olub, 50 min pul və 100 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Ev sahibi Böyükxanın Əkbərova məndən şikayət etməyib, sadəcə evindən oğurluq edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Amma polislər şübhəli şəxs kimi məni aparıb 5 ay içəridə saxladılar. Mən neynəmişəm ki… Məhkəmə oldu, heç nəyi sübut edə bilmədilər. Odur ki, məni ev dustaqlığına buraxdılar. Hazırda ev dustağıyam”.
S.Məmmədova qeyd edib ki, Q.Əliyev həmin mənzildə anası ilə birgə yaşayır: “Amma onlar bu işdə Qumbay müəllimi həmin evdə yaşamayan şəxs kimi qələmə verdilər, özləri gizlətdilər. Halbuki onun anası ilə yaşadığını bütün qonşular təsdiq edir. Mən bu işlə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etdim. Hələ ki baxan yoxdur”.
S.Məmmədova vurğulayıb ki, o, əvvəllər Q.Əliyevin idarəsində işləyib: “Təmiz adam kimi məni seçdilər, dedilər anasına mən baxım. Evində kamera vardı. Amma oğurluq zamanı məlum oldu ki, kameralar işləmir. Əvvəl dedilər evdən 300 minlik qızıl-zinət əşyaları oğurlanıb. Sonra isə bilmirəm adlarından qorxdular, ya necə dedilər ki, 50 min pul, 100 min isə qızıl-zinət əşyası oğurlanıb”.
Məsələ ilə bağlı AzNews.az-ın əməkdaşı generalın özüylə əlaqə saxlayıb. O, suala cavab verməyib, yalnız hədə-qorxu gələrək, mobil telefonunu haradan əldə etdiyini deməyi tələb edib.
///AzNews.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə
15:37 02.06.2025
Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə
Qəzzada ölənlərin sayı 54 470 nəfərə çatdı
15:35 02.06.2025
Qəzzada ölənlərin sayı 54 470 nəfərə çatdı
Azər Türk Bank kartlardakı qalıqlar üzrə faiz kampaniyasını davam etdirir
15:34 02.06.2025
Azər Türk Bank kartlardakı qalıqlar üzrə faiz kampaniyasını davam etdirir
"Bir səhnə, min rəng, bir gələcək" - Uşaqlar danışdı, böyüklər dinlədi
15:31 02.06.2025
"Bir səhnə, min rəng, bir gələcək" - Uşaqlar danışdı, böyüklər dinlədi
Türkiyəli DJ "Ginnes Rekordlar Kitabı"na düşüb - FOTOLAR
15:23 02.06.2025
Türkiyəli DJ "Ginnes Rekordlar Kitabı"na düşüb - FOTOLAR
Futboldan uzaqlaşdı, futzalda dünya ulduzu oldu - Təmkin Xəlilzadə kimdir?
15:06 02.06.2025
Futboldan uzaqlaşdı, futzalda dünya ulduzu oldu - Təmkin Xəlilzadə kimdir?
"Oğluma deyiblər ki, anandan pul götür gəl"
14:49 02.06.2025
"Oğluma deyiblər ki, anandan pul götür gəl"
İlham Əliyev Azərbaycan milli komandasının üzvlərini qəbul etdi
14:35 02.06.2025
İlham Əliyev Azərbaycan milli komandasının üzvlərini qəbul etdi
Dünya Çempionatının bağlanışını Faiq Ağayev etdi
14:30 02.06.2025
Dünya Çempionatının bağlanışını Faiq Ağayev etdi
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
14:23 02.06.2025
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
İş adamının faciəli sonu: Şir tərəfindən PARÇALANDI
14:06 02.06.2025
İş adamının faciəli sonu: Şir tərəfindən PARÇALANDI
"Eldar Mahmudovu ölkədən çıxışı ilə bağlı qadağa yoxdur” - Vəkilindən açıqlama
13:59 02.06.2025
"Eldar Mahmudovu ölkədən çıxışı ilə bağlı qadağa yoxdur” - Vəkilindən açıqlama
DİNİB “Qərbi Azərbaycan - Qədim Yurd” adlı layihənin icrasına başlayıb
13:59 02.06.2025
DİNİB “Qərbi Azərbaycan - Qədim Yurd” adlı layihənin icrasına başlayıb
"Qızım soruşur ki, atamın yanındakı qadın kimdir?" - Vəfa ailəsindən danışıb ağladı
13:57 02.06.2025
"Qızım soruşur ki, atamın yanındakı qadın kimdir?" - Vəfa ailəsindən danışıb ağladı
Ərdoğan: Türkiyə və Azərbaycan Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır
13:55 02.06.2025
Ərdoğan: Türkiyə və Azərbaycan Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır
Ermənistan polisinin rəisi vəzifəsindən azad edildi
13:52 02.06.2025
Ermənistan polisinin rəisi vəzifəsindən azad edildi