Bakıda ögey anasını öldürən qadının məhkəməsi başlayır

KRİMİNAL
10:36 17.07.2021
257
Bakıda ögey anasının qətlə yetirməkdə törətməkdə təqsirləndirilən Günay Məmmədova və həyat yoldaşı Həmzə Verdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.

Hadisə bu il martın 25-də Binəqədi rayonu ərazisində baş verib. Rayon sakini, 1979-cu il təvəllüdlü Baxşəliyeva Qərənfil İlyas qızının itkin düşməsi ilə bağlı Binəqədi rayon Polis idarəsinə daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin "isti izlər”lə açılması təmin edilərək itkin düşmüş Qərənfil Baxşəliyevanın qəsdən öldürülməsi müəyyən edilib.

Araşdırmalarla zərərçəkmişin ögey qızı Günay Məmmədova və onun əri Həmzə Verdiyev ilə aralarında şəxsi münasibətlər zəminində mövcud olmuş uzunmüddətli mübahisələr səbəbindən sonuncuların 25 mart 2021-ci il tarixdə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birgə yaşadıqları evdə balta ilə çoxsaylı xəsarətlər yetirərək Qərənfil Baxşəliyevanı qəsdən öldürmələrinə və meyitini Qaradağ rayonu ərazisindəki gölməçəyə atmalarına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həmzə Verdiyev və Günay Məmmədova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:18 25.09.2021

Şəkidə övladının ad günündə qayınanasını öldürən şəxsə hökm oxundu

17:09 25.09.2021

Bakıda 550 küçə dezinfeksiya edildi

17:02 25.09.2021

Azərbaycanda elektron qolbaq daşıyan şəxslərin sayı açıqlandı

16:55 25.09.2021

Azərbaycan XİN rəhbəri ABŞ-ın yəhudi icmasının nümayəndələri ilə görüşdü

16:43 25.09.2021

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

16:42 25.09.2021

Azərbaycanda koronavirusun bu günə olan statistikası

16:29 25.09.2021

Leyla Şıxlinskayanın obyektində olay: İşçisi həbs edildi

16:18 25.09.2021

FHN əhaliyə bu günlərlə bağlı xəbərdarlıq etdi: Qaydalara ciddi riayət edilməlidir

16:15 25.09.2021

Müdafiə Nazirliyinin baş idarə və idarə rəisləri toplanıb - RƏSMİ AÇIQLAMA

16:08 25.09.2021

Putin Qarabağdakı generalı bu səbəbdən geri çağırdı

16:03 25.09.2021

Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri ilə bağlı HESABAT

15:57 25.09.2021

Bakıda dəhşətli qətl: “Instagram” parolunu vermədiyinə görə arvadını öldürdü

15:56 25.09.2021

Naxçıvanda Azərbaycan və Türkiyə hərbçilərinin birgə döyüş atışlı taktiki təlimi davam edir - VİDEO

15:49 25.09.2021

Prezident: "Azərbaycan ilə Türkmənistan arasında əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib"

15:26 25.09.2021

Azərbaycan Ordusunda çağırışçıların hərbi hissələr üzrə bölgüsü keçirilib

15:17 25.09.2021

ABŞ Prezidenti: üçüncü vaksinasiya hər kəs üçün pulsuz və əlçatan olacaq